CAVAN OL

Xəbərlər

19 dek

''Azərbaycan qadını - 100 il'' forumunun açılış mərasimi və ilk paneli baş tutub

19 dekabr 2018-ci il tarixində Fransanın Strasburq şəhərində CAVAN-ın təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ''Azərbaycan qadını - 100 il'' forumunun açılış mərasimi və ilk paneli baş tutmuşdur.

Forumda xaricdə yaşayan Azərbaycanlılar eləcə də İtaliya, Polşa, Almaniya, Fransa, Ukrayna, Rusiya, Türkiyə, Qırğızıstan nümayəndələri iştirak etmişdir.

İlk öncə ''Cavan'' Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli çıxış edərək forumun məqsədindən və qarşıya qoyulan hədəflərdən bəhs etmişdir.

Daha sonra Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahy çıxış edərək 100 il öncə əksər Avropa ölkələrindən daha əvvəl Azərbaycanda qadına seçki hüququnun verilməsinin önəmini qeyd etmişdir.

Ardınca xüsusi olaraq forum üçün hazırlanmış ''Azərbaycan qadını - 100 il'' filmi nümayiş olunmuşdur.

İlk paneldə AXC dövrü ilə bağlı Fransada keçirilən məqalə yarışmasının qalibi, Fransanın Pau şəhərində yaşayan və hüquqşünas kimi fəaliyyət göstərən Fidan Xəlilova Azərbaycan qadının hüquq və azadlıqları haqqında məruzə ilə çıxış etmişdir.

Daha sonra panel müzakirələr ilə davam etdirilmişdir.

Qeyd edək ki, Forum 2 gün davam edəcək və forumun işçi dili Azərbaycan və Fransız dilidir.