CAVAN OL

Xəbərlər

20 dek

"Azərbaycan qadını - 100 il" forumunun ikincici və üçüncü panelləri baş tutub

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Fransanın Strasburq şəhərində keçirilən "Azərbaycan qadını - 100 il" forumunun 2-ci və 3-cü panelləri baş tutmuşdur.


Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov video zəng vasitəsilə Foruma qoşularaq geniş məruzə ilə çıxış etmişdir.

Daha sonra panellər müzakirələrlə davam etdirilmişdir.


Qeyd edək ki, forum çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət müddətində görülən işlər və ən əsası Azərbaycan qadınına şərqdə ilk dəfə seçki hüququnun verilməsi ilə əlaqədar müzakirələr təşkil olunubdur. Foruma eyni zamanda xaricdə yaşayan gənclər dəvət olunubdur ki, bu da şanlı tariximizin beynəlxalq arenada tanıdılması üçün olduqca vacibdir.