CAVAN OL

Xəbərlər

20 dek

"Azərbaycan qadını - 100 il" forumunun iştirakçılarının bir qrupu Avropa Şurasına səfər edib

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Fransanın Strasburq şəhərində keçirilən "Azərbaycan qadını - 100 il" forumunun ikinci paneli yekunlaşdırıldıqdan sonra forumunun iştirakçılarının bir qrupu Avropa Şurasına səfər etmişdir.


Forum çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət müddətində görülən işlər və ən əsası Azərbaycan qadınına şərqdə ilk dəfə seçki hüququnun verilməsi ilə əlaqədar müzakirələr təşkil olunubdur. Foruma eyni zamanda xaricdə yaşayan gənclər dəvət olunubdur ki, bu da şanlı tariximizin beynəlxalq arenada tanıdılması üçün olduqca vacibdir. 



Qeyd edək ki, forumda xaricdə yaşayan Azərbaycanlılar eləcə də İtaliya, Polşa, Almaniya, Fransa, Ukrayna, Rusiya, Türkiyə, Qırğızıstan nümayəndələri iştirak etmişdir.