CAVAN OL

Xəbərlər

29 dek

”Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” və 31 dekabr – ”Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə təntənəli mərasim keçirilib

27-28 dekabr 2018-ci il tarixlərində "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin Media , PR və HR departamentinin meneceri Məhərrəmli Günay Şimali Kipr Türk Cümhuriyyətində Doğu Akdeniz Universitetinin ev sahibliyi, Azərbaycan Diaspor Gəncləri Təşkilatı, Kipr Azərbaycan Diaspora Mərkəzi (KADM), Azərbaycan-Kipr Gənclər və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş beynəlxalq tədbirdə iştirak edib.

Açılış niqti ilə çıxış edən tədbirin təşkilatçısı, Doğu Akdeniz Universitetinin tələbəsi Toğrul Abbasov Şimali Kipr Türk Cumhuriyyətində yaşayan və təhsil alan həmvətənlərimiz haqqında məlumatlar verib, hər il ənənəvi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə bir yerə toplaşdıqlarını deyib. Dünyanın dörd bir yanında aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan gəncliyinin Şimali Türk Cumhuriyyətində də, ölkəmizi layiqincə təmsil etdiklərini bildirib. Toğrul Abbasov tədbir iştirakçılarına ”Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” və 31 dekabr – ”Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətiylə hazırlanmış vidyo görüntüləri təqdim edib.


Tərbir çərçivəsində Doğu Akdeniz Universitetinində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə “Azərbaycan Respublıkası Azərbaycan Xalq cumhuriyətinin mənəvi və siyasi varisi” dir adı altında fotosərgi açılıb. Sərgidə gənc rəssam və dızayner Resul Həsənovun “Cumhuriyyət” əsəri nümayiş olunub.