CAVAN OL

Xəbərlər

11 may

"BiznesMən“ layihəsinin sonuncu təlimi baş tutdu

11 may tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“ layihəsinin sonuncu təlimi baş tutdu.


Gənclərin böyük marağına səbəb olan bu layihənin sonuncu qonağı “Optimal Electronics”-in Korporativ satış üzrə direktoru Enes Bozalı oldu.

 

Layihə çərçivəsində 30 iştirakçı seçilib, seçilən iştirakçılara biznes və karyera istiqamətində müxtəlif təlimlər keçirilib. Bununla yanaşı iştirakçıların müxtəlif uğurlu biznesmenlərlə görüşləri təşkil edilib.



Qeyd edək ki, layihə ümumilikdə 8 təlimdən ibarət olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilib.