CAVAN OL

Xəbərlər

04 may

"BiznesMən“ layihəsinin yeddinci təlimi baş tutub

4 may tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“ layihəsinin yeddinci təlimi baş tutdu.

Qeyd edək ki, gənclərin böyük marağına səbəb olan bu layihənin yeddinci qonağı “Hajizade Group”-un baş direktoru Əli Hacızadə oldu.

Layihə 8 təlimdən ibarət olacaq. Növbəti təlim 11.05.2019 tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək.