CAVAN OL

Xəbərlər

15 apr

“Cavan Akademiya” layihəsinin növbəti görüşü baş tutub


“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə 13 aprel tarixində “Cavan Akademiya” layihəsinin növbəti görüşü baş tutub. Layihədə bu həftənin qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sona Əliyeva olub.

Qeyd edək ki, layihədən qeydiyyatdan keçən gənclərə müxtəlif istiqamətli təlimlər, seminarlar həyata keçirilib. Eyni zamanda iştirakçılar müxtəlif diplomatlar, ictimai xadimlər və ekspertlərlə görüşmək imkanı qazanıb, onların təcrübələrini dinləyiblər.

 

Ötən görüşdən olan şəkilləri sizə təqdim edirik. Şəkillərdə gördüyünüz dostlarınızı işarələyərək görüntüləri onlarla da bölüşə bilərsiniz.