CAVAN OL

Xəbərlər

22 apr

“Cavan Akademiya” layihəsinin sonuncu görüşü baş tutub


“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə 20 aprel tarixində “Cavan Akademiya” layihəsinin sonuncu görüşü baş tutub. Layihədə bu həftənin qonağı Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov olub.

 

Fərid Cəfərov, Azərbaycanda Gənclərə yaradılan imkanlar, Fondun gənclər üçün yaratdığı “Gənclərin Məşğulluğu Proqramı”, Xaricdə Təhsilin maliyyələşməsi və s. mövzularda iştirakçılarla müzakirələr aparıb

 

Qeyd edək ki, layihədən qeydiyyatdan keçən gənclərə müxtəlif istiqamətli təlimlər, seminarlar həyata keçirilib. Eyni zamanda iştirakçılar müxtəlif diplomatlar, ictimai xadimlər və ekspertlərlə görüşmək imkanı qazanıb, onların təcrübələrini dinləyiblər.

 

 Ötən görüşdən olan şəkilləri sizə təqdim edirik. Şəkillərdə gördüyünüz dostlarınızı işarələyərək görüntüləri onlarla da bölüşə bilərsiniz.