CAVAN OL

Xəbərlər

08 iyn

Cavan Azərbaycanı Avropa Gənclər Klubları Konfederasiyasında təmsil edəcək


“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Azərbaycanı Avropa Gənclər Klubları Konfederasiyasında (ECYC - European Confederation of Youth Clubs) təmsil edəcək!

 

Belçikanın Brüssel şəhərində Avropa Gənclər Klubları Konfederasiyasının Baş Məclisi keçirilir.

Baş Məclisdə keçirilən seçkilərdə bütün üzvlərin səsini qazanan “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, 8 iyun tarixində konfederasiyaya üzv seçilib. Qeyd edək ki, Təşkilatın üzvlük məsələsi prosedur qaydasına əsasən 1 ilə yaxın davam edib və bütün kriteriyalara cavab verib. Avropa Gənclər Klubları Konfederasiyası Avropa məkanında ən aktiv beynəlxalq təşkilatlardan biridir. Konfederasiyaya 20-dən çox ölkədən olan Gənclər Təşkilatları üzvdür.

 

Baş Məclisdə “Cavan” Gənclər Hərəkatı İctimai Birliyininı təşkilatın icraçı direktorunun müavini Murad Ağabəyli və beynəlxalq əlaqələr üzrə menecer Səba Əliyeva təmsil edir.