CAVAN OL

Xəbərlər

05 mar

Cavan daha bir beynəlxalq tədbirdə təmsil olunub!

Cavan daha bir beynəlxalq tədbirdə təmsil olunub!

14-15 fevral tarixlərində Belçikanın Brüssel şəhərində Şərq Tərəfdaşlığı proqramının 10 illiyinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Azərbaycandan olan nümayəndə heyətinin tərkibində "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin Beynəlxalq əlaqələr üzrə meneceri, Avropanın Azərbaycandakı Gənc Səfirlərinin koordinatoru Səba Əliyeva da təmsil olunub.

Səfər çərçivəsində Avropa Komissiyasının vitse-prezidenti Valdis Dambrovskis, Şərq Tərəfdaşlığı proqramının direktoru Laurens Meredit ilə görüşlər keçirilib. Eyni zamanda müxtəlif təlim və seminarlar, Avropa parlamentinə səfər təşkil edilib.