CAVAN OL

Xəbərlər

23 apr

“CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin əməkdaşları beynəlxalq layihədə iştirak ediblər


“CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və layihələr departamentinin meneceri Fərqanə Bayramlı 7-15 Aprel 2019-cu il tarixlərində Litvanın Kaunas şəhərində keçirilən “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” adlı beynəlxalq layihədə iştirak ediblər.

Layihə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin və Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində baş tutub. Fəaliyyət çərçivəsində nümayəndə heyəti Litvanın müxtəlif şəhərlərində yerləşən sosial innovasiya və biznes inkubasiya mərkəzlərinə, gənclər sahəsində fəaliyyət göstərən təşkilatlara səfər ediblər.