CAVAN OL

Xəbərlər

07 may

Fəvvarələr meydanında I Azərbaycan Autizm Festivalı keçirilib


1 may tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə Fəvvarələr meydanında I Azərbaycan Autizm Festivalı keçirilib.


Festivalın keçirilməsində məqsəd autizmli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, həmçinin inkluziv cəmiyyətin formalaşdırılması üçün cəmiyyət arasında məlumatlandırma missiyasını həyata keçirməkdir. 
Festivalda bir çox mərkəzlər və idman klubları sərgi təşkil edərək öz işlərini nümayiş etdirmişdilər .