CAVAN OL

Xəbərlər

27 may

“Gənclik Üçün Oxu” və ”MusiqimİZ” layihələrinin ilk musiqilərinə çəkilmiş kliplərin təqdimatı olub


26 may tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi uzun müddətdir üzərində çalışdığı “Gənclik Üçün Oxu” və ”MusiqimİZ” layihələrinin ilk musiqilərinə çəkilmiş klipləri təqdim edib.


Təqdimatda Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini-Şöbə müdiri Vasif Eyvazzadə, təşkilat sədrləri və layihə iştirakçıları iştirak ediblər.


Qeyd edək ki, “Gənclik Üçün Oxu” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, ”MusiqimİZ” layihəsi isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən həyata keçirilib.


Hər iki layihənin musiqilərinə çəkilmiş klipləri ən yaxın zamanda sizlərlə bölüşəcəyik.