Media

16 Aug

"İndi Başla - Tələbənin Yayı" layihəsinin 1-ci günü baş tutub

"İndi Başla - Tələbənin Yayı" layihəsinin 1-ci günündən fotoları sizinlə bölüşürük. 

13 avqust 20018-ci il tarixində "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin əməkdaşları və layihənin iştirakçıları Bakıdan Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinə gələrək layihənin birinci gününü həyata keçirmişdilər.

İlk gündə gənclər komandalara bölünmüş, müxtəlif təlimlər, idman yarışları və oyunlarda iştirak etmişdir.

Layihədə iştirak edən 50 gənc 2018-ci ildə məzun olmuş, qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. İştirakçıların ortalama balı 644-dür.

Layihə 13-17 avqust tarixlərində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində həyata keçirilir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.