CAVAN OL

Xəbərlər

10 noy

"İnkişafda Sən" layihəsinin dördüncü həftəsi keçirilib

10 noyabr 2018-ci il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evi "İnkişafda Sən" layihəsinin IV həftəsi keçirilib.


Qeyd edək ki, layihə üçün 230 nəfər qeydiyyatdan keçib, 178 nəfər isə müsahibədə iştirak edib. 30 iştirakçı seçilərək, layihədə iştirak hüququ qazanıb. Seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiriləcək. Təlimçi Fəxri Məmmədlinin “QHT-lərdə işin şəxsi inkişafda rolu” üzrə təlimi baş tutub. Eyni zamanda, təlim boyunca iştirakçıların sualları təlimçi tərəfindən cavablandırılıb və onların marağına səbəb olacaq oyunlar keçirilib.


Layihənin hər həftəsində yeni mövzular üzrə təlimlər keçirilir. Gələcək həftələrin mövzularına “İşə qəbul müsahibələrində düzgün ünsiyyət”, “Nitq mədəniyyəti”, “Bədən dili” və ” Liderlik” aiddir.

Layihə Sabunçu Gənclər Evində keçirilir.