CAVAN OL

Xəbərlər

27 okt

"İnkişafda Sən" layihəsinin ikinci həftəsi keçirilib

27 oktyabr “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evinin start verdiyi  "İnkişafda Sən" layihəsinin 2-ci həftəsi keçirilib.

İkinci həftədə təlimçimiz Fəxri Məmmədlinin  ”Kollektivlə iş" ("Komanda işi") üzrə təlimi baş tutub. Eyni zamanda, təlim boyunca iştirakçıların sualları təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, layihə üçün 230 nəfər qeydiyyatdan keçib, 178 nəfər isə müsahibədə iştirak edib. 30 iştirakçı seçilərək, layihədə iştirak hüququ qazanıb. Seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiriləcək.

Layihə 8 təlimdən ibarət olacaq və Sabunçu Gənclər Evində keçiriləcək.