CAVAN OL

Xəbərlər

22 dek

“İnkişafda Sən” layihəsinin son görüşü baş tutub

22 dekabr 2018 – ci il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evinin  birgə təşkilatçılığı ilə həyata keçirilən “İnkişafda Sən” layihəsinin son görüşü baş tutub.

Qeyd edək ki, layihə çərçivəsində 30 iştirakçı seçilib, seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçirilib. Təlimlər aşağıdakı mövzuları əhatə edib:

- Düzgün CV hazırlamaq;
- İşə qəbul müsahibələrində düzgün ünsiyyət;
- Nitq mədəniyyəti;
- Bədən dili;
- Kollektivlə iş (Komanda işi);
- Liderlik;
- Şəbəkələşmə və onun əhəmiyyəti;
- QHT-lərdə işin şəxsi inkişafda rolu.

Xatırladaq ki, layihə 8 təlimdən ibarət olub və Sabunçu Gənclər Evində keçirilib. Layihənin son günündə iştirakçıların layihə haqqında fikirləri dinlənilib və onlara sertifikatlar təqdim edilib.