09 Mar
"İnkişafda Sən-2” layihəsinin dördüncü həftəsi baş tutub
9 mart 2019-cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və
Xəzər Gənclər Evinin birgə həyata keçirdiyi "İnkişafda Sən-2” layihəsinin
dördüncü həftəsi baş tutub.
Qeyd
edək ki, layihə
çərçivəsində 30 iştirakçı seçilib, seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçirilir. Təlimlər aşağıdakı mövzuları
əhatə edir:
- Düzgün CV hazırlamaq;
- İşə qəbul müsahibələrində düzgün ünsiyyət;
- Nitq mədəniyyəti;
- Bədən dili;
- Kollektivlə iş (Komanda işi);
- Liderlik;
- Şəbəkələşmə və onun əhəmiyyəti;
- QHT-lərdə işin şəxsi inkişafda rolu.
Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Xəzər Gənclər Evində
keçiriləcək. Bütün təlimlərdə iştirak etmək vacibdir.
Baxış sayı: 4736