CAVAN OL

Xəbərlər

14 sen

“Manage Your Project 2” layihəsinin ilk təlim günü baş tutmuşdur

14 sentyabr 2018 – ci il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Manage Your Project 2” layihəsinin birinci təlim günü baş tutmuşdur.

Layihəyə ümumilikdə 150-dən çox gənc müraciət etmiş, müsahibəyə dəvət olunmuşdur. Müsahibədən uğurla keçmiş 25 gənc layihədə iştirak şansı əldə etmişdir.

Qeyd edək ki, seçilən iştirakçılara layihə yazılması, büdcə hazırlanması və layihələrin idarə edilməsi haqqında geniş təlimlər keçiriləcəkdir. Layihə 3 gün ərzində intensiv formada həyata keçiriləcək.

Layihə 14-16 sentyabr tarixlərində Xəzər Gənclər Evində baş tutub.

Qeyd edək ki, layihə 3 təlimdən ibarət olacaq .