Media

25 Sep

“Manage Your Project 3” layihəsinin ilk təlim günü baş tutmuşdur

25 sentyabr 2018 – ci il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Manage Your Project 3” layihəsinin birinci təlim günü baş tutmuşdur.

Layihəyə müraciət etmiş gənclər, müsahibəyə dəvət olunmuşdur. Müsahibədən uğurla keçmiş 25 gənc layihədə iştirak şansı əldə etmişdir.

Qeyd edək ki, seçilən iştirakçılara layihə yazılması, büdcə hazırlanması və layihələrin idarə edilməsi haqqında geniş təlimlər keçiriləcəkdir. Layihə 2 gün ərzində intensiv formada həyata keçiriləcək.