CAVAN OL

Xəbərlər

11 avq

“Manage Your Project” layihəsinin 6-cı həftəsi baş tutmuşdur

11 avqust 2018 – ci il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Manage Your Project” layihəsinin son görüşü baş tutmuşdur.

Qeyd edək ki, 6 həftə davam etmiş layihəyə ümumilikdə 200-dən çox gənc müraciət etmiş, müsahibəyə dəvət olunmuşdur. Müsahibədən uğurla keçmiş 20 gənc layihədə iştirak şansı əldə etmişdir.

Seçilmiş gənclərə bu müddət ərzində layihə yazılması, idarə edilməsi, büdcə hazırlanması və s. mövzularda təlimlər keçirilmişdir. Son 2 həftədə gənclər 4 komandaya bölünərək layihələr hazırlamış təqdim etmişlər. Layihənin son günündə təqdimatlar dinlənmiş, iştirakçılara Sertifikatlar təqdim edilmişdir. Qeyd edək ki, ən yaxşı layihələr təşkilat komitəsi tərəfindən qəbul ediləcək və Cavan tərəfindən onları təqdim etmiş komandanın idarəçiliyi ilə həyata keçiriləcək.