CAVAN OL

Xəbərlər

28 iyl

“Manage Your Project” layihəsinin IV həftəsi baş tutub

28 iyul 2018 – ci il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Manage Your Project” layihəsinin dördüncü təlim günü baş tutmuşdur. Bu gün iştirakçılar dörd komandaya bölündülər. Hər komanda beş nəfər iştirakçıdan ibarətdir. Növbəti həftənin təlim günü üçün təlimçi Kəmaləddin Nəzərli öz tapşırıqlarını verdi. Hər bir komandaya uğurlar arzulayırıq! 

Qeyd edək ki, 6 həftə davam edəcək layihəyə ümumilikdə 200-dən çox gənc müraciət etmiş, müsahibəyə dəvət olunmuşdur. Müsahibədən uğurla keçmiş 20 gənc layihədə iştirak şansı əldə etmişdir.

Sonda iştirakçılar komandalara bölünərək praktiki təlimlərdə iştirak edəcək və öz ideyalarını layihə formasında hazırlayacaqlar. Ən yaxşı layihə təqdim etmiş gənclərin layihələri həmin gənclərin koordinatorluğu ilə Cavan tərəfindən reallaşdırılacaq.