CAVAN OL

Xəbərlər

06 may

"Öz Gedişini Et" layihəsinin dördüncü şahmat turniri baş tutub


4 may tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Öz Gedişini Et" layihəsinin dördüncü şahmat turniri baş tutub. İsveçrə sistemi ilə oynanılan turnirin aprel ayı üçün qalibi 6 oyundan 6 xal toplamış Şahverdiyev Firat olub.

 

Qeyd edək ki, həvəskar şahmatçılar üçün təşkil edilən şahmat turnirdə ayın və ilin qaliblərinə Cavan tərəfindən qiymətli hədiyyələr təqdim ediləcək.

Turnirdə iştirak ödənişsizdir.

 

Qeyd edək ki, ilin sonunda bütün ayların qalibləri üçün final turu təşkil ediləcək.

 

Növbəti turnir 25.05.2019 tarixində həyata keçiriləcək.