CAVAN OL

Xəbərlər

08 may

Şəkidə "Könüllülər Kuboku - Şəki-2019" şüarı altında "Nə? Harada? Nə zaman?" İntellektual oyunu keçirilib


4 may 2019-cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Şəkidə "Könüllülər Kuboku - Şəki-2019" şüarı altında "Nə? Harada? Nə zaman?" İntellektual oyunu keçirilib.

 

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd Şəki gəncləri arasında intellektual oyunlara marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Yarışma Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

 

Sonda I, II, III yerləri tutan komandalar diplom, sertifikat və kuboklarla mükafatlandırılıblar.