CAVAN OL

Xəbərlər

16 apr

“TechLab” layihəsinin sonuncu həftəsi keçirilib


13-14 aprel tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə XI qrant müsabiqəsinin qalibi Səba Əliyevanın “TechLab” layihəsinin sonuncu həftəsi keçirilib.

Təlim kursunda iştirak haqqı qazanmış 50 gənc 2 gün ərzində EVS, Erasmus+, Avropada təqaüdlü təhsil, sərfəli səyahət, bloq ve vloqerlik, fərdi inkişhaf haqqında məlumat əldə ediblər.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsini təmin etməkdən ibarətdir.

Qeyd edək ki, layihə 4 gün olmaqla 2 həftə ərzində Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçirilib.