CAVAN OL

Xəbərlər

09 avq

"Xəzərin Sahilində" festivalının 11 avqustda baş tutacaq konserti təxirə salındı

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi təəssüflə diqqətinizə çatdırırıq ki, hava şəraiti ilə əlaqədar olaraq Xəzərin Sahilində festivalı çərçivəsində, 11 avqust tarixində Meridian qrupu ilə baş tutacaq konsert təxirə salınır.

Növbəti həftədən festivalımıza davam edəcəyik. Meridian qrupu 18 avqustda eyni məkanda sizinlə olacaq. 

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Diqqətiniz üçün təşəkkürlər!