Media

09 Dec

"Xəmsə" Milli İntellektual Oyunu üzrə III Winter Cup turniri baş tutub


"Cavan" Gənclər Hərəkatının dəstəyi ilə Binəqədi rayon Gənclər Evində  "Xəmsə" Milli İntellektual Oyunu üzrə III Winter Cup turniri baş tutub. Turnirin sual paketi Rahib Məhərrəmzadənin rəhbərliyi altında təcrübəli sual müəlliflərinin təşkilatçılığı ilə hazırlanıb. Turnirin seçim turunda Azərbaycanın müxtəlif universitet və intellektual klublarını təmsil edən 45-ə yaxın komanda iştirak edib.

 

Seçim turunda ən yüksək nəticə göstərən 16 komanda qrup mərhələsinə vəsiqə qazanıb. Bunun ardınca baş tutan yarımfinal mərhələsinə 8 komanda yüksəlib və nəhayət sonuncu mərhələ olan final mərhələsinə "Jagermeister", "Genesis", "Neptun 5" və "Berserk" komandaları vəsiqə qazanıblar. Turnirin finalında isə "Berserk" və "Neptun 5" komandaları isə müvafiq olaraq ikinci və üçüncü yeri, rəqiblərindən daha çox, yəni, 8700 xal toplayan "Jagermeister" komandası isə artıq üçüncü dəfə keçirilməklə ənənə halını almış turnirin qalibi kimi birinci yerə sahib çıxıb.

 

Qeyd edək ki, turnirin sonunda qaliblər medal, diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.