Media

06 Aug

"Xəzərin Sahilində" festivalının qonağı Dihaj olmuşdur

4 avqust 2018-ci il tarixində keçirilən " Xəzərin Sahilində-2018" festivalı surprizlərlə dolu oldu! Festivalın  qonağı Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində " Skeletons" mahnısı ilə təmsil edən Dihaj olub.

Festival iştirakçıları təkcə Dihaj-ı gözlədikləri məqamda, hamımızın yaxşı tanıdığı, sevdiyi Isfar Sarabski də səhnəyə çıxdı və Dihajla bərabər səhnədə yer aldı.

Təkcə bunun ilə kifayətlənmir, eyni zamanda festival müddətində bizə müraciət edən bir gənc, sevdiyi xanıma evlilik təklif etdi, nəticədə çox maraqlı anlar yaşandı.


Festival müddətində gənclər sevdikləri mahnıları ifa edib, dostları ilə birgə rəqs edərək festivaldan zövq alıblar. 

Festival saat 20:00 -23:00 aralığında davam edib.

İlk gələn 200 nəfərə "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən yoqa matlar təqdim edilib ki, iştirakçılar piknik edərək daha rahat istirahət etsinlər. 

Festivaldan olan şəkillər ilə həmin anları yenidən yada salaq. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda "Xəzərin Sahilində - 2018" festivalına start verilib.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-22:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Qeyd: Festivala giriş ödənişsizdir.