CAVAN OL

Mediada Cavan

“Sahillər təmiz qalsın” şüarı altında təmizlik aksiyası keçirilib

Əziz gənclər!

Tətil bitdi və enerji dolu, gözəl əhval-ruhiyyə ilə ətraf mühiti qorumağın əsl vaxtıdır!

Azərbaycan Respublikası Gənclər Fondu, IDEA İctimai Birliyi, “Təmiz Şəhər” ASC və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi ilə birgə keçiriləcək təmizlik aksiyasına Siz də qoşula bilərsiniz.

Gəlin, 16 sentyabrda Xəzərin sahilini məişət tullantılarından təmizləyək və daha sağlam ətraf mühit yaradaq! Ətraf mühiti qorumaq üçün bu möhtəşəm aksiyada hər birinizi görmək istərdik.

Qeyd edək ki, iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz ediləcək, həmçinin nəqliyyat və qida ilə təmin olunacaqlar.

Aksiya başa çatdıqdan sonar gənclər üçün əyləncəli proqram nəzərdə tutulmuşdur. 


Mənbə: https://edumap.az/sahiller-temiz-qalsin-temizlik-aksiyasi/