CAVAN OL

Mediada Cavan

Strasburqda ”Azərbaycan qadını – 100 il” Forumu baş tutmuşdur

AZpress.AZ xəbər verir ki, 19-20 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə Fransa Respublikasının Strasburq şəhərində ”Azərbaycan qadını – 100 il” Forumu baş tutmuşdur.

Forumda İtaliya, Polşa, Almaniya və Fransada təhsil alan və yaşayan Azərbaycanlılar eyni zamanda, Fransa, Ukrayna, Rusiya, Türkiyə, Qırğızıstan dövlətlərindən olan nümayəndələr iştirak etmişdir.
Forumun açılış mərasimində ”Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli çıxış edərək forumun məqsədindən və qarşıya qoyulan hədəflərdən bəhs etmişdir.

Daha sonra Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahy çıxış edərək 100 il öncə əksər Avropa ölkələrindən daha əvvəl Azərbaycanda qadına seçki hüququnun verilməsinin önəmini qeyd etmişdir.

Forumun ilk günü baş tutan panellərdə çıxışçılar Azərbaycan qadınının 100 il ərzində keçdiyi həyat yolundan bəhs edən məruzələr ilə çıxış etmişlər.

Forumun 2-ci günü iştirakçıların bir qrupu Avropa Şurasına səfər etmişdir. Daha sonra baş tutan paneldə “Azərbaycan – Fransız Universiteti” nin direktoru Vazeh Əsgərov video zəng vasitəsilə Foruma qoşularaq Diaspora fəaliyyəti haqqında geniş çıxış etmiş, iştirakçıların suallarını cavablandırmışdır.
Eyni zamanda xüsusi olaraq bu forum üçün hazırlanmış film nümayiş olunmuşdur.
Qeyd edək ki, Forumun işçi dili Azərbaycan və Fransız dilləri olmuşdur. 

Mənbə: https://www.kisa.link/Lx51