CAVAN OL

Mediada Cavan

Strasburqda ''Azərbaycan qadını - 100 il'' forumu keçirilib

Strasburq. 21 dekabr. REPORT.AZ/ Fransanın Strasburq şəhərində CAVAN gənclər hərəkatının təşkilatçılığı, Azərbaycanın Gənclər Fondunun dəstəyi ilə ''Azərbaycan qadını - 100 il'' forumu keçirilib.


“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, forumda xaricdə yaşayan azərbaycanlılar, eləcə də İtaliya, Polşa, Almaniya, Fransa, Ukrayna, Rusiya, Türkiyə və Qırğızıstandan nümayəndələr iştirak ediblər.


Forumda çıxış edən ''Cavan'' Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli belə bir aktual mövzuya həsr edilmiş forumun əhəmiyyətindən və məqsədlərindən danışıb. Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcaki 100 il öncə əksər Avropa ölkələrindən daha əvvəl Azərbaycanda qadına seçki hüququnun verilməsinin önəmini qeyd edib.

İlk paneldə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı Fransada keçirilən məqalə yarışmasının qalibi, Fransanın Po (Pau) şəhərində yaşayan və hüquqşünas kimi fəaliyyət göstərən Fidan Xəlilova Azərbaycan qadınının hüquq və azadlıqları haqqında məruzə ilə çıxış edib.


Daha sonra tədbir panel müzakirələr ilə davam edib və ''Azərbaycan qadını - 100 il'' filmi nümayiş olunub.

Forum 2 gün davam edib.

Mənbə: https://www.kisa.link/Lx4P