Mediada Cavan

“Xəzərin Sahilində-2018” festivalı keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.


Məlumata görə, axşam saat 20:00-dən 23:00-dək davam edən festivalın musiqili hissəsində “Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifası ilə iştirakçıların daha da əyləncli bir axşam keçirməsinə səbəb olub.


Qeyd edək ki, 14 iyul – 1 sentyabr tarixləri arasında hər həftənin şənbə günü, saat 20:00-dən 23:00-dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərsiniz.


Festival ərazisində iştirakçılara piknik etməyə, gənclərin müxrəlif oyunlar, və yarışlar keçirməsinə şərait yaradılır.


Mənbə: http://bit.do/ez9Cx