Mediada Cavan

“Xəzərin sahilində-2018” festivalı keçirilir

Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda, Ağ Şəhər Bulvarında “Xəzərin sahilində–2018” festivalının növbəti həftəsi keçirilib.


AZƏRTAC xəbər verir ki, axşam saatlarında davam edən festivalın musiqili hissəsində “Ahmedowsky Trio” qrupu şən və maraqlı ifası ilə iştirakçılara əyləncəli axşam bəxş edib.


Paytaxtın sakinləri və qonaqlar, xüsusilə gənclər iyulun 14-dən sentyabrın 1-dək hər həftənin şənbə günləri saat 20:00–dan 23:00-dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərlər.


Festival ərazisində iştirakçılara piknik etməyə, müxtəlif oyunlar və yarışlar keçirmələrinə şərait yaradılır.


Festivala giriş ödənişsizdir.

Mənbə: http://bit.do/ez9xF