Mediada Cavan

"Xəzərin Sahilində" festivalı - DƏDƏBABA

Festivalın ikinci həftəsi 21 iyul saat 20:00 da başlayacaq!  Bu dəfə qonağımız DədəBaba qrupudur.

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

İlk gələn 100 nəfərə Cavan tərəfindən yoqa matlar veriləcək ki, piknikinizi daha rahat edəsiniz. :)

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-22:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Bu həftənin proqramlna əsasən 20:00-21:00 aralığında DədəBaba qrupu, 21:00-22:00 aralığında DJ qonağımız olacaq.

Qeyd: Festivala giriş ödənişsizdir.

Mənbə: https://edumap.az/xezerin-sahilinde-dedebaba/