CAVAN OL

Mediada Cavan

XARİCDƏ TƏHSİL ALAN VƏ YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZİN DİQQƏTİNƏ!

Xaricdə təhsil alan və yaşayan həmvətənlərimizin diqqətinə!


Əziz gənclər!


“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) maliyyə dəstəyi ilə Fransanın Strasburq şəhərində ”Azərbaycan qadını – 100 il” forumuna qeydiyyatın başlandığını elan edir.


Forum çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət müddətində görülən işlər və ən əsası Azərbaycan qadınına şərqdə ilk dəfə seçki hüququnun verilməsi ilə əlaqədar müzakirələr təşkil olunacaqdır. Foruma eyni zamanda xaricdə yaşayan gənclər dəvət olunacaqdır ki, bu da şanlı tariximizin beynəlxalq arenada tanıdılması üçün olduqca vacibdir.


Qeyd edək ki, layihə 19-20 dekabr 2018-ci il tarixlərində Avropa Gənclər Mərkəzində keçiriləcək və seçilən iştirakçılar forum müddətində yaşayış xərcləri ilə təmin olunacaqdır.

Sonda iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.


Qeydiyyat linki: https://goo.gl/j1LThv

Son qeydiyyat tarixi: 10 dekabr 2018-ci il


Əlaqə nömrəsi: +994 50 421 04 15

Mənbə: https://www.kisa.link/Lx5h