Fəaliyyətimiz

"Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası" layihəsi keçiriləcək.

07 July 2018

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası" layihəsinə start verir.

Layihə çərçivəsində 120 gənc seçilərək onların iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası təşkil olunacaq. Simulyasiyada həmin dönəm Parlamentdə müzakirə olunmuş mövzular yenidən müzakirəyə çıxarılacaq, gənclərin fikirləri dinlənəcəkdir. 

İştirak etmək arzusunda olan gənclərimizdən CV və Motivasiya məktubunu [email protected] ünvanına göndərmələri xahiş olunur.

Məkan: Sabunçu rayon Gənclər evi

Qeydiyyat üçün son müraciət tarixi: 25.05.2018

Əlaqələndirici şəxs: Günay Məhərrəmli

Vəzifə: Media, PR və İR Departamentinin meneceri

Mobil tel: 050 421 04 15