CAVAN OL

Layihələr

"Gənclər Təşkilatlarının V Respublika Sərgisi" keçiriləcək

13 noyabr 2018

Əziz, gənclər!


13 noyabr Bakı Kristal zalında "Gənclər Təşkilatlarının V Respublika Sərgisi" keçiriləcəkdir. Sizi “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin sərgidə təşkil olunacaq stendinə yaxınlaşmağa dəvət edirik.

Nəzərinizə çatdıraq ki, sərginin rəsmi açılış mərasimi 13 noyabr, saat 10:00-da baş tutacaq.


Ünvan:
Bakı Kristal Zalı
Səbail rayonu, Bayıl qəsbəsi, Dövlət Bayraq Meydanının arxa hissəsi 
Tel: 050 421 04 15

Sərgidə iştirak etmək istəyənlərin nəzərinə!
13 noyabr 09:00-dan 19:00-a dək "Elmlər Akademiyasi" metrostansiyası önündən "Crystal Hall"a hər 45 dəqiqədən bir ödənişsiz nəqliyyat təşkil olunacaq.