CAVAN OL

Layihələr

"İndi Başla - Tələbənin Yayı" layihəsi

13 - 17 avqust 2018

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi,  "İndi Başla - Tələbənin Yayı" layihəsinə qəbul elan edir! 

Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İndi Başla - Tələbənin Yayı" layihəsinə start verilir.

2018-ci il Universitetlərə qəbul imtahanlarında iştirak etmiş, 600-700 aralığında bal toplamış gənclər layihəyə müraciət edə bilərlər. Müraciət etmiş gənclər müsahibəyə dəvət olunacaq, müsahibədən uğurla keçmiş 50 gənc layihədə iştirak şansı qazanacaqdır. Qeyd edək ki, regionlardan müraciət etmiş şəxslərlə video müsahibələr təşkil olunacaq.

Layihə, 13-17 avqust tarixlərində, Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində həyata keçiriləcək.

Layihə müddətində, gənclər üçün müxtəlif istiqamətlərdə təlimlər, mühazirələr, yarışlar, intellektual oyunlar təşkil olunacaqdır.

Layihənin əsas məqsədi gənclərin imtahan sonrası asudə vaxtlarının səmərəli təşkili, onların vətəndaş cəmiyyəti quruculuğunda aktiv iştirakının təmin edilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi, onlar arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Məkan: Daşkəsən Gənclərin Təlim və İstirahət mərkəzi

Vaxt: 13.08.2018-17.08.2018

Qeydiyyat üçün son müraciət tarixi: 07.08.2018-ci il.

Qeydiyyat linki: https://goo.gl/yA5FYN

Əlaqələndirici şəxs: Günay Məhərrəmli

Vəzifə: Media, PR və HR departamentinin meneceri

Mobil tel: (+994 50) 421 04 15

Tel: (+994 12) 404 10 65

E-mail: gunay.maharramli@cavan.az

Ünvan: BEGOC Office, Zarifa Aliyeva 93.