CAVAN OL

Layihələr

"İnkişafda Sən" layihəsi

20 oktyabr 2018 - 20 dekabr 2018

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi yeni layihəyə qəbul elan edir. 

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evi "İnkişafda Sən" layihəsinə start verir.

Layihə çərçivəsində 30 iştirakçı seçiləcək, seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiləcək. Təlimlər aşağıdakı mövzuları əhatə edəcəkdir:

- Düzgün CV hazırlamaq;

- İşə qəbul müsahibələrində düzgün ünsiyyət;

- Nitq mədəniyyəti;

- Bədən dili;

- Kollektivlə iş (Komanda işi);

- Liderlik;

- Şəbəkələşmə və onun əhəmiyyəti;

- QHT-lərdə işin şəxsi inkişafda rolu.

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Sabunçu Gənclər Evində keçiriləcək. Bütün təlimlərdə iştirak etmək vacibdir.

Qeydiyyat linki: https://goo.gl/PPyLmQ

Müraciət üçün son tarix: 15.10.2018 

Əlaqə nömrəsi: +994 50 421 04 15

Məkan: Sabunçu Gənclər Evi

Vaxt: 20.10.2018 - 20.12.2018

Əlaqələndirici şəxs: Günay Məhərrəmli

Vəzifə: Media, PR və HR departamentinin meneceri

Mobil tel: (+994 12) 404 10 65

E-mail: gunay.maharramli@cavan.az

Ünvan: BEGOC Office, Zarifa Aliyeva 93.