Fəaliyyətimiz

"İnkişafda Sən-2“ layihəsinə start verilir

09 February 2019 - 30 March 2019


“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Xəzər Gənclər Evinin  birgə təşkilatçılığı ilə "İnkişafda Sən-2“ layihəsinə start verilir.

Layihə çərçivəsində 30 iştirakçı seçiləcək, seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiləcək. Təlimlər aşağıdakı mövzuları əhatə edəcək.

- Düzgün CV hazırlamaq;
- İşə qəbul müsahibələrində düzgün ünsiyyət;
- Nitq mədəniyyəti;
- Bədən dili;
- Kollektivlə iş (Komanda işi);
- Liderlik;
- Şəbəkələşmə və onun əhəmiyyəti;
- QHT-lərdə işin şəxsi inkişafda rolu.

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Xəzər Gənclər Evində keçiriləcək. Bütün təlimlərdə iştirak etmək vacibdir.

Seçim online müraciət və müsahibə əsasında aparılacaq.

Layihənin keçiriləcəyi tarixlər: 09.02.2019 - 30.03.2019

Əlaqə: Mob:(+994)558852230

E-mail: [email protected]

Qeydiyyat Linki : https://bit.ly/2B4cqjQ

Müraciət üçün son tarix: 02.02.2019