"Manage your Project 2"-Xəzər Gənclər Evi
14 - 16 September 2018
“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi yeni layihəyə qeydiyyat elan edir!
“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Xəzər Gənclər Evi (Xəzər Gənclər Evi / Khazar Youth Center) "Manage your Project 2" layihəsinə start verir.
Layihə çərçivəsində 25 iştirakçı seçiləcək, seçilən iştirakçılara layihə yazılması, büdcə hazırlanması və layihələrin idarə edilməsi haqqında geniş təlimlər keçiriləcəkdir.
Qeyd edək ki, layihə 3 gün ərzində intensiv formada həyata keçiriləcək. İlk gün iştirakçılar layihə yazılması, büdcə və fəaliyyət planı hazırlanması, ikinci gün layihələrin idarə edilməsi haqqında keçiriləcək təlimlərdə iştirak edəcəklər. Üçüncü gün praktiki təlimlər və komanda işləri baş tutacaq.
Layihə 14-16 sentyabr tarixlərində Xəzər Gənclər Evində baş tutacaq
Qeyd edək ki, təlimçi LİB dil mərkəzinin İcraçı Direktoru Kəmaləddin Nəzərlidir. Layihə 3 təlimdən ibarət olacaq
Məkan: Xəzər rayon Gənclər evi
Saat: 10:00 – 14:00
Vaxt: 14-15-16.06.2018
Qeydiyyat üçün son müraciət tarixi: 11.09.2018-ci il
Qeydiyyat linki: https://goo.gl/ScJRnf
Əlaqələndirici şəxs: Günay Məhərrəmli
Vəzifə: Media, PR və HR departamentinin meneceri
Mobil tel: (+994 12) 404 10 65
E-mail: [email protected]
Ünvan: BEGOC Office, Zarifa Aliyeva 93.
Baxış sayı: 5458