CAVAN OL

Layihələr

"Manage your Project" layihəsi keçiriləcək.

07 iyul 2018

 “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evi "Manage your Project" layihəsinə start verir.

Layihə çərçivəsində 20 iştirakçı seçiləcək, seçilən iştirakçılara layihə yazılması, büdcə hazırlanması və layihələrin idarə edilməsi haqqında geniş təlimlər keçiriləcəkdir. Sonda iştirakçılar komandalara bölünərək praktiki təlimlərdə iştirak edəcək və öz ideyalarını layihə formasında hazırlayacaqlar. Ən yaxşı layihə təqdim etmiş gənclərin layihələri həmin gənclərin koordinatorluğu ilə Cavan tərəfindən reallaşdırılacaq. 

Qeyd edək ki, təlimçi LİB dil mərkəzinin İcraçı Direktoru Kəmaləddin Nəzərlidir. Layihə 6 təlimdən ibarət olacaq.

Məkan: Sabunçu rayon Gənclər evi

Saat: 11:00 – 14:00

Vaxt: 21.06.2018

Qeydiyyat üçün son müraciət tarixi: 10.06.2018-ci il

Qeydiyyat linki: https://goo.gl/forms/7OIe8eFZBIdAkU5y2

Əlaqələndirici şəxs: Günay Məhərrəmli

Vəzifə: Media, PR və İR Departamentinin meneceri

Mobil tel: 050 421 04 15

E-mail: gunay.maharramli@cavan.az



TƏDBİRƏ QEYDİYYAT