CAVAN OL

Layihələr

“ SHOW THE STORY” video müsabiqəsi.

09 - 21 iyul 2018

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi, 22 iyul Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar video-müsabiqə elan edir!

Müsabiqəyə qoşulmaq istəyən gənclər real faktlara əsaslanan (video-müsahibə daxil olmaqla) video çarxlar hazırlayıb Cavana təqdim edə bilərlər. Hazırlanan çarxların tanınmış şəxslər və yaxud real hadisələr haqqında olması məqsədəuyğundur. Həmin şəxs haqqında geniş məlumata malik insanlardan və yaxud hadisənin real şahidlərindən video-müsahibələr götürülməlidir. Seçilmiş ən yaxşı 3 video çarx qalib elan olunaraq, müvafiq olaraq 1000, 600 və 400 AZN-lik pul mükafatı ilə təltif olunacaqlar. Qeyd edək ki, hazırlanan video çarxlar 5 dəqiqədən çox olmamalıdır.

Hazırlanan video çarxları 21 iyul 2018-ci il tarixinədək info@cavan.az e-mail ünvanına göndərə bilərsiniz.

Qeyd: Seçim zamanı video çarxların professionallığına diqqət yetiriləcək.

Qeydiyyat üçün son müraciət tarixi: 21.07.2018-ci il

Əlaqələndirici şəxs: Günay Məhərrəmli

Vəzifə: Media,PR və HR departamentinin meneceri

Mobil tel: (+994 50) 421 04 15

Tel: (+994 12) 404 10 65

E-mail: info@cavan.az

Ünvan: BEGOC Office, Zarifa Aliyeva 93.


TƏDBİRƏ QEYDİYYAT