CAVAN OL

Layihələr

"Xəzərin Sahilində" festivalı- Ahmedowsky trio

28 iyul 2018

Festivalın üçüncü həftəsi 28 iyul saat 20:00 da başlayacaq! Bakı səması altında baş tutacaq festivalda  bu dəfə qonağımız Ahmedowsky triodu.

Yeni "Caspian Broadcasting" albomunu yayımladıqdan sonra iyun ayında Istanbul Jazz festivalında səhnə alan Ahmedowsky trio festivalda sizlər üçün yeni albomundan olan musiqilərini ifa edəcəklər.

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

İlk gələn 100 nəfərə Cavan tərəfindən yoqa matlar veriləcək ki, piknikinizi daha rahat edəsiniz. 

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-23:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Bu həftənin proqramına əsasən 20:00-21:30 aralığında Ahmedowsky trio, 21:30-23:00 aralığında DJ qonağımız olacaq.

Qeyd: Festivala giriş ödənişsizdir