CAVAN OL

Layihələr

"Xəzərin Sahilində " festivalı - Dihaj

04 avqust 2018

Festivalın dördüncü həftəsi açıq Bakı səması altında 4 avqust saat 20:00 da başlayacaq! Bu festivalda qonağımız Dihajdır.

Qeyd edək ki, Dihaj Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində " Skeletons" mahnısı ilə təmsil etmişdir.

Bu həftə Cavan sizə xüsusi bir imkan yaradır. Festivalın son 1 saatının playlistini özünüz formalaşdıra bilərsiniz. İstədiyiniz musiqini şərh kimi yazırsınız, uyğun bilinənləri DJ-ə təqdim edirik və siz festivalda təklif etdiyiniz musiqiləri dinləyirsiniz. 

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Eyni zamanda sizin çoxsaylı istəkləri nəzərə alaraq bu festivalda ilk 100 nəfərə yox, 200 nəfərə Cavan tərəfindən yoqa matlar veriləcək ki, piknikinizi daha da rahat edəsiniz. 

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-23:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Bu həftənin proqramına əsasən 20:00-21:00 aralığında Dihaj, 21:00-23:00 aralığında DJ qonağımız olacaq.

Qeyd: Festivala giriş ödənişsizdir