CAVAN OL

Layihələr

"Xəzərin Sahilində" festivalı- Meridian qrupu

18 - 28 avqust 2018

1 həftəlik fasilədən sonra Xəzərin Sahilində yenidən sizlərlədir.

Qonağımız Meridian qrupudur.

Ötən həftə olduğu kimi bu həftə də, Cavan sizə xüsusi bir imkan yaradır. Festivalın son 1 saatının playlistini özünüz formalaşdıra bilərsiniz. İstədiyiniz musiqini şərh kimi yazırsınız, uyğun bilinənləri DJ-ə təqdim edirik və siz festivalda təklif etdiyiniz musiqiləri dinləyirsiniz. 

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Eyni zamanda sizin çoxsaylı istəkləri nəzərə alaraq bu festivalda da ilk 100 nəfərə yox, 200 nəfərə Cavan tərəfindən yoqa matlar veriləcək ki, piknikinizi daha da rahat edəsiniz. 

Festival Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-23:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Bu həftənin proqramına əsasən 20:00-21:00 aralığında Meridian qrupu, 21:00-23:00 aralığında DJ Javo qonağımız olacaq.

Qeyd: Festivala giriş ödənişsizdir