Media

10 Dec

“Cavan Akademiya” layihəsinin qeydiyyat mərhələsi başa çatıb


Cavan Akademiya layihəsinin qeydiyyat mərhələsi başa çatıb. Layihədə iştirak etmək üçün 480-dən artıq gənc müraciət edib.

 

10,11,12 dekabr 2018- ci il tarixlərində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin ofisində 423 nəfər gənc müsahibədə iştirak edib. Hazırda layihə komandası tərəfində müsahibə zamanı nəzərə alınmış qeydlər nəzərdən keçirilir. Tezliklə müsahibədən uğurla keçmiş gənclərlə əlaqə saxlanılacaq. Layihədən qeydiyyatdan keçən gənclərə müxtəlif istiqamətli təlimlər, seminarlar həyata keçiriləcək. Eyni zamanda iştirakçılar müxtəlif diplomatlar, ictimai xadimlər və ekspertlərlə görüşmək imkanı qazanacaq, onların təcrübələrini dinləyəcəklər.

 

Akademiyadan məzun olmaq üçün müxtəlif imtahanlar həyata keçiriləcək, imtahanlardan uğurla keçən gənclər məzun olmaq imkanı qazanacaqlar. Məzunlar “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin dəstəyi ilə müxtəlif müəssisələrdə təcrübə və iş imkanı qazanacaqlar. Akademiya çərçivəsində, diplomatik protokol, layihə idarə edilməsi, biznes planlarının hazırlanması, əmək bazarında aktiv iştirak, təmsilçilik və s. istiqamətlərdə çoxşaxəli fəaliyyətlər həyata keçiriləcəkdir.