Media

21 Oct

"İnkişafda Sən" layihəsinin birinci həftəsi baş tutmuşdur

20 oktyabr “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Sabunçu Gənclər Evi  "İnkişafda Sən" layihəsinə start verib.


Layihə üçün 230 nəfər qeydiyyatdan keçib, 178 nəfər isə müsahibədə iştirak edib. 30 iştirakçı seçilərək, layihədə iştirak hüququ qazanıb. Seçilən iştirakçılara şəxsi inkişafa aid təlimlər keçiriləcək. İlk gün təlimçimiz Fəxri Məmmədlinin “Düzgün CV hazırlamaq” üzrə təlimi baş tutub. Eyni zamanda, təlim boyunca iştirakçıların sualları təlimçi tərəfindən cavablandırılıb.


Hər növbəti həftə yeni mövzu üzrə təlimlər baş tutacaq. Bu mövzulara “İşə qəbul müsahibələrində düzgün ünsiyyət”, “Nitq mədəniyyəti”, “Bədən dili”, ”Kollektivlə iş" ("Komanda işi"), ” Liderlik”, “Şəbəkələşmə və onun əhəmiyyəti”, “QHT-lərdə işin şəxsi inkişafda rolu” və.s aiddir.


Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Sabunçu Gənclər Evində keçiriləcək.