Media

23 Jul

"Xəzərin Sahilində" festivalının qonağı DədəBaba qrupu olmuşdur

21 İyul 2018-ci il tarixində keçirilən " Xəzərin Sahilində-2018" festivalı baş tutmuşdur! Festivalın ilk qonağı hamının yaxşı tanıdığı DədəBaba qrupu olub.

Festival müddətində gənclər sevdikləri mahnıları ifa edib, dostları ilə birgə rəqs edərək festivaldan zövq alıblar. 

Festival saat 20:00 -22:00 aralığında davam edib.

İlk gələn 100 nəfərə "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən yoqa matlar təqdim edilib ki, iştirakçılar piknik edərək daha rahat istirahət etsinlər. 

geridə qalan rəngarəng görüntüləri sizə təqdim edirik.

Festivaldan geridə qalan rəngarəng görüntüləri sizə təqdim edirik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda "Xəzərin Sahilində - 2018" festivalına start verilib.

Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-22:00 aralığında, Ağ Şəhər Bulvarında festivala qoşulub isti yayın sərinliyini hiss edəcəksiniz.

Festival ərazisində sizə piknik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə piknik edərək öyrənə, əylənə və yeni dostlar qazana biləcəksiniz.

Qeyd: Festivala giriş ödənişsizdir.