Press about us

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyindən hər kəs üçün qeyr-adi festival

Azərbaycan Respublikasının Gənclər Fondunun və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda "Xəzərin Sahilində - 2018" festivalına start verilib.


Festivalın ilk günü 14 iyul saat 20:00-da keçirilib. Təşkilat qonaq qismində hamının tanıdığı "Starlight” qrupu olub.


Festivala qatılan ilk 100 nəfərə "Cavan” tərəfindən yoqa matları verilib ki, pik-niklərini daha rahat keçirsinlər.


Festival çərçivəsində 14 iyuldan başlayaraq 8 həftə ərzində hər həftənin şənbə günü, saat 20:00-22:00 aralığında, Ağ Şəhər Bulvarında bu tədbirlərə qoşulub isti yayın sərinliyini hiss edə bilərsiniz.


Festivalın keçirildiyi ərazidə sizə pik-nik üçün şərait yaradılacaq ki, dostlarınızla birlikdə pik-nik edərək səmərəli vaxt keçirə, əylənə və yeni dostlar qazana bilərsiniz. Qeyd edək ki, festivala giriş ödənişsizdir. Növbəti həftələrdə şənbə günləri siz də Ağ Şəhər Bulvarına gələrək bu qeyri-adi festivalın iştirakçısı ola, pik-nik təşkil edərək dostlarınızla əylənə bilərsiniz.

Source: http://newscenter.az/2018/07/16/cavan-dan-her-kes-uchun-qeyr-adi-festival.html